Türkiyədən Rusiyaya

Türkiyədən Rusiyaya

"Fənərbaxça” ilə yollarını ayıran Adil Rami karyerasını Rusiyada davam etdirəcək.

Sport7.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Soçi”yə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız müdafiəçinin Premyer Liqa klubuyla imzaladığı müqavilənin detalları məlum olmasa da yeni komandasında 23 nömrəli formanı geyinəcəyi açıqlanıb.

DÇ-2018-də Fransa ilə birlikdə çempion adını qazanan Rami, mövsümün əvvəlində "Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. "Lill”, "Valensiya”, "Milan”, "Marsel” və "Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.

 

Mənbə: sport7.az