Paralimpiyaçı üzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında iştirak edirlər

Paralimpiyaçı üzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında iştirak edirlər

Bu gün İtaliyanın Lignano Sabbiadoro şəhərində paralimpiyaçı üzgüçülər arasında dünya seriyası yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun rəhbərliyi altında 8 nəfərlik heyət təmsil edir.

"Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnir martın 1-dək davam edəcək.

 

Mənbə: azertag.az