Virusa görə daha bir oyun təxirə salındı

Virusa görə daha bir oyun təxirə salındı

A seriyasında daha bir oyun təxirə salınıb.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, koronavirus təhlükəsinə görə bu gün Bakı vaxtı ilə saat 18.00-da başlamalı olan “Torino” - “Parma” görüşü başqa günə keçirilib.

Qeyd edək ki, daha əvvəl eyni problem səbəbindən 3 qarşılaşma – “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da təxirə salınıb.

Hələlik oyunların yeni tarixi haqda məlumat veriməyib.

Mənbə: qol.az