"Keşlə"nin gənc futbolçusu Köln klubunda məşqlərə çıxdı

"Keşlə"nin gənc futbolçusu Köln klubunda məşqlərə çıxdı

"Keşlə"nin 15 yaşlı futbolçusu Tural Əmirhüseynov Almaniya klubuna dəvət alıb.

Sport7.az xəbər verir ki, futbolçu Almaniyada yeni yaradılmış Azərbaycan klubu "Aze Nakhchivan-Köln SK"nın dəvəti ilə "Fortuna"da (Köln) məşqlərə və yoxlama oyunlarına qatılıb.

Bu klubun ilk belə əməkdaşlığıdır. Gələcəkdə Avropa liqasında çıxış edən digər komandaları ilə bucür əməkdaşlıqlar nəzərdə tutulub.

Sport7.az

Mənbə: sport7.az