Ramil Şeydayev "Sabah"da debüt etdi

Ramil Şeydayev "Sabah"da debüt etdi

Millimizin futbolçusu Ramil Şeydayev yeni klubu "Sabah"da debüt edib.

Qol.az xəbər verir ki, 23 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 18-ci turunda hazırda davam edən "Səbail"lə matçda meydana çıxıb. O, 89-cu dəqiqədə Təmkim Xəlilzadəni əvəzləyib.

Xatırladaq ki, Ramil son dəfə 2017/18 mövsümünün mayında "Qarabağ"la Premyer Liqa oyununa çıxmışdı.

Qeyd edək ki, R.Şeydayev bu ay "Sabah"la bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Mənbə: qol.az