"Çelsi" "Atletiko"ya 30 milyon avro+futbolçusunu təklif etdi

"Çelsi" "Atletiko"ya 30 milyon avro+futbolçusunu təklif etdi

Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Çelsi" daha bir transferi gündəminə gətirib.

Offsideplus.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "zadəganlar" Madrid "Atletiko"sunun qapıçısı Yan Oblakı transfer ütmək üçün hərəkətə keçib. Belə ki, London təmsilçisi təcrübəli qolkiper üçün qarşı tərəfə Kepa Arrisabalaqa və 30 milyon avroluq təklif göndərib.

Kepanın çıxışından narazı qalan baş məşqçi Frenk Lempard yeni mövsümdən əsas qapıçı kimi Yan Oblakı öz sərəncamında görmək istəyir.

Mənbə: offsideplus.az