FIFA Uruqvay Futbol Federasiyasının sabiq prezidentini cəzalandırıb

FIFA Uruqvay Futbol Federasiyasının sabiq prezidentini cəzalandırıb

FIFA Uruqvay Futbol Federasiyasının sabiq prezidenti Vilmar Valdesi cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, 54 yaşlı sabiq rəhbər bir il müddətinə futol sahəsində fəaliyyət göstərmək hüququndan məhrum edilib.

Buna səbəb federasiyanın iştirakı ilə olan müxtəlif layihələr və tenderlərdə korrupsiyaya yol verməsi göstərilib. Hətta mətbuatda Valdesin 2016-cı ildə korrupsiyada iştirakını sübut edən səs yazıları da yayımlanıb. FIFA Etika Komitəsi Valdesi eyni zamanda 10 min İsveçrə frankı cərimələyib.

Qeyd edək ki, Vilmar Valdes 2014-2018-ci illərdə federasiya prezidenti vəzifəsini icra edib. O, bir müddət Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) müvəqqəti prezidenti kimi də fəaliyyət göstərib.

Mənbə: apa.az