Ramzan Kadırov Aleksandr Yemelyanko ilə rinqə çıxdı

Ramzan Kadırov Aleksandr Yemelyanko ilə rinqə çıxdı

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı (MMA) Aleksandr Yemelyanko Çeçenstan rəhbəri Ramzan Kadırovla boks məşqinə çıxdığı fotosunu paylaşıb.

“Ölkə.Az” xəbər verir ki, A. Yemelyanko bu fotonu öz İnstagram səhifəsində paylaşıb.

“Ramzan sözünün üstündə durandır! Əlcəkləri geyindi və rinqə çıxdı”, - deyə Yemelyanko yazıb.

Kadırov idmançını təkbətək döyüşə çağırıb və Yemelyanko da razılığını ötən ilin dekabrında verib.Yemelyanko döyüşün vaxtı və yeri barədə Çeçenstan rəhbərinin ixtiyarına buraxıb. İdmanşı eyni zamanda siyasətçinin fiziki hazırlığını da qiymətləndirib. Yemelyanko qeyd edib ki, Kadırov mütəmadi olaraq məşq edir.

Yemelyanko bildirib ki, onların döyüşü boks qaydalarına uyğun şəkildə keçməlidir.

Yemelyanko Kadırovla onun rəhbərlik etdiyi “Axmat” klubunda məşq ediblər.

Ölkə.Az

Mənbə: olke.az