"El Klasiko" koronavirusa görə təxirə salına bilər

"El Klasiko" koronavirusa görə təxirə salına bilər

İspaniya La Liqasının 26-cı turunda keçirilməsi planlaşdırılan "Real" - "Barselona" oyununun təxirə salınacağı barədə xəbərlər yayılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, koronavirus epidemiyasının Valensiya, Madrid, Tenerife və Katalniyada tapılması həftəsonu İspaniyada idman yarışlarının təxirə salınmasına səbəb ola bilər. Yerli mətbuat epiemiyanın sürətlə yayılmaması üçün belə bir qərar veriləcəyini yazıb.

"El-Klasiko"nun martın 1-i Bakı vaxtı ilə 00:00-da keçirilməsi planlaşdırılır.

Milli.Az

Mənbə: news.milli.az