"Mançester Yunayted" Qrilişin transferi ilə bağlı danışıqlara başlayıb

"Mançester Yunayted" Qrilişin transferi ilə bağlı danışıqlara başlayıb

"Aston Villa"nın yarımmüdafiəçisi Cek Qriliş "Mançester Yunayted"in maraq dairəsindədi.

Qrilişin mövsümün sonuna kimi İngiltərə millisinin heyətində debüt edəcəyi, daha sonra isə yığma ilə birlikdə Avro-2020-yə yollanacağı gözlənilir. Belə olan halda, 24 yaşlı futbolçunun transfer qiyməti qalxacaq. Bu səbəbdən MY artıq indidən keçidlə bağlı danışıqlara başlayıb.

Qrilişin sərbəstqalma məbləğinin 45 milyon funt olduğuna dair xəbərlər gəzir. Lakin "Aston Villa" hələlik bu məlumatı təsdiqləməyib.

Cari mövsümdə Premyer Liqada 25 matçda meydana çıxan Cek Qrilişin aktivində 7 qol, 6 məhsuldar ötürmə var.

Sport7.az

Mənbə: sport7.az