Parataekvondo millimiz koronavirusa görə bu ölkəyə getməyəcək

Parataekvondo millimiz koronavirusa görə bu ölkəyə getməyəcək

Livanın paytaxtı Beyrutda keçirilməli olan parataekvondo üzrə Asiya açıq çempionatı, taekvondo pumsae üzrə VI Asiya çempionatı və taekvondo üzrə XXIV Asiya çempionatı təxirə salınıb.

Oxu.Az bu barədə xəbəri Dünya Taekvondosunun saytına istinadən verir.

Buna səbəb Asiya qitəsində yayılmış koronavirus epidemiyasıdır. Bu yarışlar 2-6 mart tarixlərində keçirilməli idi.

Qeyd edək ki, parataekvondo üzrə Asiya açıq turnirində azərbaycanlı idmançılar da iştirak etməli idi.

Səbuhi Musayev

Mənbə: www.oxu.az