DÇ-2022-yə Avropadan yollana biləcək 17 hakimin adı açıqlanıb

DÇ-2022-yə Avropadan yollana biləcək 17 hakimin adı açıqlanıb

DÇ-2022-nin final mərhələsinin oyunlarını idarə etməyə namizəd olan Avropa hakimlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunacaq yarışa baş hakim kimi 17 avropalı referi yollana bilər.

Bunlar 15 ölkəni təmsil edən hakimlərdir: Slavko Vinçiç (Sloveniya), Karlos del Serro Qrande, Xesus Xil Mansano (hər ikisi İspaniya), Srcan Yovanoviç (Serbiya), Georgi Kabakov (Bolqarıstan), İvan Krujlyak (Slovakiya), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Daniele Orsato (İtaliya), Artur Soareş Diaş (Portuqaliya), Andris Treymanis (Latviya), Kleman Turpin (Fransa), Ovidiu Hatseqan (Rumıniya), Feliks Svayer (Almaniya), Andreas Ekberq (İsveç).

Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək.

Mənbə: apa.az