Mariya Şarapova karyerasını başa vurub

Mariya Şarapova karyerasını başa vurub

Rusiyalı tennisçi Mariya Şarapova karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı ulduz idmançının özü açıqlayıb.

M.Şarapova “Vanity Fair” nəşrindəki yazısında böyük idmanla vidalaşdığını bəyan edib. O, “Tennis – mən əlvida deyirəm” sözləri ilə karyerasına nöqtə qoyub.

Qeyd edək ki, peşəkar karyerasına 2001-ci ildə başlayan tennisçi bu müddətdə 645 qələbə qazanıb, 169 məğlubiyyət alıb. Kortlarda çıxış etdiyi müddətdə 37 milyon 546 min 423 dollar mükafat əldə edən M.Şarapova 5 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub. Rusiyalı 2004-cü ildə “Uimbldon”, 2006-cı ildə ABŞ, 2008-ci ildə Avstraliya, 2012 və 2014-cü illərdə Fransa açıq çempionatının qalibi olub.

Mənbə: apa.az