“Roma” “Barselona”nın futbolçusunu transfer edib

“Roma” “Barselona”nın futbolçusunu transfer edib

“Roma” “Barselona”nın hücumçusu Karles Peresi transfer edib.

KONKRET.az xəbər verir ki, bunu İtaliya klubu rəsmi saytı vasitəsilə bəyan edib.

“Canavarlar” ötən ay icazə götürdükləri 22 yaşlı forvardı birdəfəlik transfer etmək qərarına gəliblər. Bu keçid paytaxt klubuna ümumilikdə 12 mil/ayon avroya başa gəlib. Peres yeni komandası ilə 4,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Karles Peres “Roma”nın heyətində keçirdiyi 5 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Mənbə: konkret.az