"Tokio-2020"yə hazırlıq prosesi ilə bağlı görüş keçirildi

"Tokio-2020"yə hazırlıq prosesi ilə bağlı görüş keçirildi

27 Fevral 2020-ci tarixində Milli Olimpiya Komitəsində Tokyo 2020 hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

Sport7.az xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri və Tokyo 2020 nümayəndə heyətinin rəhbəri Fərid Mansurov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov, Milli Olimpiya Komitəsinin Marketing şöbəsinin müdiri Mehman Kərimov və digər idarə heyəti nümayəndələri iştirak edib.

Azərbaycan Atletika Federasiyasını, Federasiyanın Baş Katibi Məhərrəm Sultanzadə, baş Məşqçi Bəhruz Salehli, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kənan Məhərrəmov və Marketing şöbəsinin mütəxəssisi İradə Mehdiyeva təmsil ediblər.

Bu görüşdə, lisenziya qazanmış idmançılar, idarə heyəti və nümayəndələrin akkreditasiya məsələləri, səfər və yerləşdirilmə, hazırlıq prosesi, məşq prosesi, media istifadə göstərişləri və digər məsələlər müzakirə olunub.

 

Sport7.az

Mənbə: sport7.az