Nurməhəmmədov Makqreqorun adını da çəkmək İSTƏMƏDİ - VİDEO

Nurməhəmmədov Makqreqorun adını da çəkmək İSTƏMƏDİ - VİDEO

UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov komanda yoldaşı ilə söhbət əsnasında irlandiyalı döyüşçü Konor Makqreqorun adını belə, çəkmək istəmədi.
BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 31 yaşlı Həbib "American Kickboxing Academy"nin kapitanı Daniel Kormye ilə söhbət edərkən Konorla 2018-ci ildəki döyüşü haqqında danışarkən rəqibini barəsində "o oğlan" ("that guy") sözünü işlədib.
Nurməhəmmədovun Makqreqorun adını çəkməkdən imtina etməsi Kormyeni təəccübləndirib.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az