Çempionlar Liqasında 100 oyun

Çempionlar Liqasında 100 oyun

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə oyun (1:2) "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, fransalı hücumçu “kral klubu”nun heyətində 100-cü Çempionlar Liqası oyununu keçirib.

32 yaşlı futbolçu bu oyunlarda 52 qol vurub. O, bu göstəricidə klub tarixinin 3-cüsü olub. Benzema “Real”la keçirdiyi 100 oyunun 66-da qalib gəlib və dörd dəfə bu turnirin qalibi adına yiyələnib.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın şərəfini qoruyur.

Mənbə: qol.az