"Neftçi TV"nin yeni layihəsi: "Akademiya gündəliyi" - VİDEO

"Neftçi TV"nin yeni layihəsi: "Akademiya gündəliyi" - VİDEO

"Neftçi" klubunun rəsmi "Youtube" kanalı yeni layihəsini təqdim edib.

"Report" xəbər verir ki, "Akademiya gündəliyi" adlanan layihənin ilk buraxılışı "Neftçi TV"də yayımlanıb.

Əsas komandanın üzvləri - Namik Ələsgərov, Rəhman Hacıyev və Aqil Məmmədov akademiyada çıxış edən azyaşlı futbolçuların suallarını cavablandırıblar.

 

Mənbə: report.az