"Çelsi"də fövqəladə qərar: 8 futbolçu göndərilir

"Çelsi"də fövqəladə qərar: 8 futbolçu göndərilir

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Bavariya”ya uduzan “Çelsi” klubunda mövsümün sonunda ciddi dəyişikliklərin olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Frenk Lempardın mövsüm bitdikdən sonra 8 futbolçu ilə yolları ayırmaq istədiyi bildirilir.

Bunların Jorjinyo, Kepa Arrisabalaqa, Ross Barkli, Villian, Pedro Rodriqes, Kurt Zuma, Markos Alonso və Emerson olduğu deyilir.

Qeyd edək ki, “Çelsi” klubu İngiltərə Premyer Liqasında hazırda 44 xalla 4-cü sıradadır.

Mənbə: offsideplus.az