"Məsut Özil Türkiyə nəhənginə keçəcək"

"Məsut Özil Türkiyə nəhənginə keçəcək"

"Arsenal"ın türk əsilli futbolçusu Məsut Özilin "Fənərbağça"ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə fikirləri hazırda "Beşiktaş"da çıxış edən Məhəmməd Elneni səsləndirib. Belə ki, 27 yaşlı misirli futbolçu müqavilə ilə məxsus olduğu "Arsenal" klubundakı komanda yoldaşı Özilin "sarı-larcivətlər"in heyətinə qoşulacağını bildirib. O, hətta Özilin "Fənərbağça"dan bir miqdar maddi vəsait aldığını da deyib.

Qeyd edək ki, Mikel Artetanın baş məşqçisi olduğu "Arsenal"da yayda köklü dəyişiklilərin olacağı ehtimal edilir ki, bu mənada komandanı tərk edəcək futbolçulardan biri də Məsut Özildir.

Mənbə: offsideplus.az