"Yuventus" hücumçu üçün danışıqlara başladı

"Yuventus" hücumçu üçün danışıqlara başladı

“Yuventus” Mauro İkardini transfer etmək üçün PSJ ilə danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, Fransa klubu argentinalı futbolçu üçün Turin təmsilçisindən 70 milyon avro tələb edir. "Qoca sinyora" isə bu qiymətin yüksək olduğunu düşünərək, İkardiyə görə görə bəlli məbləğ ödəməklə yanaşı, Pyaniçi təklif edib.

Qeyd edək ki, İkardi PSJ-dəki vəziyyətindən narazıdır. Baş məşqçi Tomas Tüxelin onu ÇL-da iştirak ərizəsinə daxil etmədiyinə görə stulları yerə çırpmış, komanda yoldaşları ilə mübahisə etmişdi.

 

Mənbə: offsideplus.az