"Mayami" Demarkus Kazınsı heyətinə qatmaq istəyir

"Mayami" Demarkus Kazınsı heyətinə qatmaq istəyir

"Mayami" Demarkus Kazınsın xidmətində maraqlıdı.

"The Miami Herald"-ın xəbərinə görə, "Mayami" Kazınsı heyətinə qatmaq istəyir. Bir neçə gün əvvəl "Leykers" Markiff Morrisə yer açmaq üçün 29 yaşlı basketbolçu ilə yollarını ayırmışdı.

"Mayami" ötən yay da Kazınsla maraqlansa da, istəyinə çata bilməmişdi. Mərkəz oyunçusu mövsümün əvvəlində çarpaz bağlarından zədə almış və parketlərdən uzaq qalmışdı.

 

Mənbə: sport7.az