"Qarabağ"ın hücumçusu məşhur klubla müqavilə bağladı

"Qarabağ"ın hücumçusu məşhur klubla müqavilə bağladı

Azərbaycanın legioner həyatı yaşayan futbolçularının siyahısına daha bir ad əlavə olunub.

Bu, "Qarabağ"ın hücumçusu Amin Qarayevdir.

Ağdam təmsilçisinin 15 yaşlılardan ibarət komandasının formasını geyinən yeniyetmə Tbilisi «Dinamo»su ilə müqavilə bağlayıb.

"Qarabağ" istedadlı forvardın Gürcüstanın ən məşhur klubu ilə 3 illik müqavilə bağlamasına şərait yaradıb. Azərbaycan çempionu U-16 yığmasına da dəvət alan Aminin keçidi üçün «Dinamo»dan təzminat istəməyib.(Sportinfo.az)

Fanat.Az

Mənbə: fanat.az