Sabiq "Mançester Yunayted"li MLS klubunda

Sabiq "Mançester Yunayted"li MLS klubunda

İtaliya yığma komandasının sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu “Real Solt-Leyk” klubuna transfer edilib. Onunla ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Vilyarreal”, “Mançester Yunayted”, “Fiorentina” və "Cenoa" kimi klublarda oynayıb.

Mənbə: offsideplus.az