"Çelsi" 50 milyon avroluq transferə hazırlaşır

"Çelsi" 50 milyon avroluq transferə hazırlaşır

Londonun "Çelsi" klubu növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "zadəganlar" "Lion"un futbolçusu Hosem Aouarı transfer etmək üçün hərəkətə keçib. Hakim Ziyeş transferinin ardından baş məşqçi Frenk Lempard bu dəfə 21 yaşlı fransalı futbolçunu öz sərəncamında görməkdə israrlıdır. "Çelsi" bu transfer üçün qarşı tərəfə 50 milyon avroluq təklif yollayıb. "Lion"un bu təklifə müsbət yanaşdığı bildirilir. Gənc yarımmüdafiəçinin özünün də "Çelsi"də oynamaq istədiyi yazılır.

Qeyd edək ki, Fransanın U-21 millisinin də üzvü olan Aouar "Lion"un yetirməsidir və 2017-ci ildə əsas komandaya gətirilib.

Mənbə: offsideplus.az