Avroliqada sonuncu 1/8 finalçı müəyyənləşdi

Avroliqada sonuncu 1/8 finalçı müəyyənləşdi

Avropa Liqasınının 1/16 final mərhələsinin təxirə salınmış cavab oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, "Ayntraxt" səfərdə "Zalsburq"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. İlk matçda da 4:1 hesabı ilə qalib gələn Frankfurt təmsilçisi iki oyunun nəticəsinə əsasən 1/8 finala yüksəlib.

"Zalsburq" - "Ayntraxt" - 2:2
Qollar: Ulmer, 10 (1:0), Silva, 30 (1:1), Onquene, 71 (2:1), Silva, 83 (2:2)
İlk oyun - 1:4

Qeyd edək ki, "Ayntraxt" 1/8 finalda "Bazel"lə qarşılaşacaq.

Mənbə: qafqazinfo.az