Məsuliyyəti ilə atasını peşman edən yeniyetmə - Portret

Məsuliyyəti ilə atasını peşman edən yeniyetmə - Portret

O, Bakıdakı yarışda hansırekordu müəyyənləşdirib? Cari olimpiya dövrünün təəssüf doğuran məqamı nə qədər çox olsa da,üzümüzü güldürən məqamlar da yox deyil. Tarixdə ilk dəfə əslən azərbaycanlıgimnast fərdi lisenziyaya sahib çıxdısa, velosiped idmanında da Tokio yerliidmançının debütü ilə əlamətdar olacaq. Bunlardan daha çox maraq kəsb edən faktvar ki, bu, üzgüçülük idman növünün payına düşür. Belə ki, indiyədək, sadəcə,"wild kard" əsasında zirvə yarışına yollanan komandamız, ilk dəfə"A" lisenziyasına yiyələndi. Ümumiyyətlə, Riodan bu yana sözügedənidman növü üzrə istər aşağı, istərsə də yuxarı yaş qrupunda çıxış edəntəmsilçilərimiz davamlı nailiyyətlərlə yadda qaldı. Ardıcıl iki Avropa GənclərYay Olimpiya Festivalında, habelə Bakıda təşkil olunan İslamiadada əldə olunannəticələr üzgüçülüyə qarşı münasibəti bir xeyli dəyişdi desək, yanılmarıq.Hazırda kifayət qədər perspektivli gənclər var ki, onlar indiyədək müəyyənmiqyaslı yarışlarda adlarından söz etdirə biliblər. Bugünkü qəhrəmanımız isəhələ yeniyetmədir. Amma "Tokio 2020"-də iştirak şansları olduqcayüksək qiymətləndirilir.
Üç aya dəyişən baxış vəözünü günahkar hiss edən ata Tanış olun; Vəlizadə Ramil Əli oğlu. 16 fevral 2004-cü ildə Bakıdadünyaya gəlib. Atası ali təhsilli futbol mütəxəssisi olan Ramil, üzgüçülüyəvalideynlərinin təşəbbüsü ilə hələ beş yaşında olarkən, başlayıb. Hər bir uşaqkimi, sadəcə, sağlamlıq naminə bu yola qədəm qoyan yeniyetmə qəhrəmanımız, ilküç ay ərzində elə bir irəliləyişə nail olub ki, müəllimləri onun haqqında artıqpeşəkar yöndə düşünməyə başlayıblar. Əzm-inadı, habelə, ata-anasından aldığımaksimum dəstək sayəsində o, günbəgün göstəricilərini daha da yaxşılaşdıraraq,bəslənən ümidləri artıqlaması ilə doğruldub. Beləcə, "Aqua park"danstart götürən yol Ramili cəmi altı ilə yığma komandaya aparıb. Eyni qaydadaetimadı doğruldan Vəlizadə, ötən illər ərzində böyüklər arasında baş tutanrespublika çempionatlarının 50-dək qalib və mükafatçısı olub. O cümlədən,dəfələrlə ölkə xaricində - Slovakiyanın Jilina, Türkiyənin Ədirnə, BirləşmişƏrəb Əmirliklərinin Dubay şəhərlərində - keçirilən yarışlarda bayrağımızıdalğalandırmaq şərəfi yaşayıb. Bir sözlə, haqqında danışılan yeniyetmə bu günüçün Azərbaycanın ən titullu üzgüçülərindən biri sayılır. "Biz ona övladdan çox, idmançı kimi yanaşırıq" - deyir,atası: "Üzgüçülük həyat tərzidir. Bir gün məşqə getməyəndə, darıxır, özününarahat hiss edir. Hərdən deyir ki, mən üzgüçülükdən sonra, görəsən, nəedəcəyəm? Lap uşaqlıqdan çox məsuliyyətlidir. Ən xırda məsələlərdə belə, bu,özünü büruzə verir. Sözün düzü, bir yandan da peşmanam. Çünki uşaqlığınıyaşamayıb. Buna görə özümü hardasa günahkar da hiss edirəm".
AGOF sürprizi: Öz yaşıdlarıarasında birinci və ölkə rekordu Ramil Vəlizadə deyərkən, ilk qeyd edilməli yarış ötən ilin iyunundaBakıda təşkil olunan Avropa Gənclər Yay Olimpiya Festivalıdır. Belə ki, o, 200metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında finala vəsiqə qazanaraq, 2dəqiqə 2.11 saniyə göstərici ilə beşinci nəticə göstərdi. Bu zaman Vəlizadənin15, yuxarı pillələrdə qərarlaşan Rusiya, Böyük Britaniya və Polşadan olanrəqiblərinin 16 yaşında olduğunu nəzərə alsaq, həmyerlimiz öz yaşıdlarıarasında ən yaxşı oldu. Ümumilikdə, final mərhələsində tarixdə ilk dəfə ikinəfərlə təmsil olunan komandamız sonda mükafatsız qalsa da, "yarışı aktivimizəyazdıq” deyə bilərik. Digər finalçımız Məryəm Şeyxəlizadəxangah 754 FİNA balıilə yarışı başa vurdusa, Vəlizadə ondan 5 bal daha artıq topladı. 759 balsözügedən yarış adına Azərbaycan təmsilçilərinin rekordu kimi qiymətləndirilir.Halbuki belə bir nəticə əvvəlcədən heç mütəxəssislər tərəfindən dəproqnozlaşdırılmamışdı. Çünki Ramilin buna qədər ən yaxşı çıxışı AGOF-dakındanbir xeyli geri qalırdı. Hərçənd onun təəccübləndirmə potensialının olduğu dasirr deyil.
"Yüz faiz əmin edirəmki..." "Hesablaması, məntiqi çox güclüdür" - deyir, RəşadƏbdürəhmanov. Yığma komandalarımızın baş məşqçisi hesab edir ki, 16 yaşlıVəlizadə Tokio Yay Olimpiya Oyunlarına lisenziya normativini də gec-tez yerinəyetirəcək: "Start və finiş hesablaması, ümumiyyətlə, yarış planlaması ən vacibamillərdəndir. Məsələn, sən pik göstəricini bir həftə əvvəl etsən, sonra onubacarmayacaqsan. İstədiklərimi ondan ala bilirəm. Bu, fiziki, texnikibacarıqlarından əlavə, Ramilin həm də güclü düşünmə potensialının olmasındanxəbər verir. Karyeram ərzində yüzlərlə yeniyetmə ilə işləmişəm, əminliklədeyirəm ki, Ramil hər zaman ələ düşən istedad deyil. Deyəsi çox söz var vəbilirəm ki, təkəbbürdən uzaq olan Ramilin təriflərdən başgicəllənmə ehtimalıyox dərəcəsindədir. Ancaq hər halda, işimizi ehtiyatlı tutaq. Sadəcə, onu deyəbilərəm ki, biz qarşımıza bəlli hədəflər qoymuşuq. Bu yolda o, bizə çoxyardımçı olacaq.
Tokioya "B" lisenziyası üçün Ramilə, indiki nəticəsini ikisaniyədən bir qədər çox yaxşılaşdırması lazımdır. Qarşıda bir neçə yarış vəxaricdə təlim-məşq toplanışları var. Yüz faiz əmin edirəm ki, şansların birinimütləq dəyərləndirəcəyik".
Yazının əvvəlində qeyd etdiyimiz kimi, komandamızın lideri MaksimŞemberyev 2019-cu ilin sentyabrında Cənubi Koreyanın Quanqju şəhərindəkeçirilən dünya çempionatında "A" lisenziya normativini yerinəyetirib. Bu səbəbdən, daha heç bir üzgüçümüzə "wild kard"verilməyəcəyi qətiləşib. Vəlizadə ilə yanaşı, Məryəm Şeyxəlizadəxangahın da"B" normativini doldurması gözlənilir. Əbdürəhmanov, bu haldaaralarında daha yaxşı göstəriciyə malik olanın "gündoğar ölkə"paytaxtına yollanacağını qeyd etdi.
Felpsə yaxınlığı Oğlan, ya qız, fərq etməz, hansı gənc üzgüçüdən "kumirinkimdir" deyə soruşsan, cavab eyni olur: "Maykl Felps". On dördyaşında idman ustası adı alan bugünkü qəhrəmanımız da bizi təəccübləndirmədi.Lakin digərlərindən fərqli, Ramili dahi amerikalı ilə yaxınlaşdıran səbəblər azdeyil. Ələlxüsus, erkən nəzərə çarpan istedad amilini və hər ikisininbatterflay üsulla üzmədə çox uğurlu olduğunu vurğulamalıyıq.
Atasından fərqli olaraq, futbolla arası yoxdur. Döyüş növlərini, dahaçox da kikboksinqi sevir. Bu arada, ona qədər nə ailədə, nə də yaxınqohum-əqrəbada üzgüçülüklə məşğul olan olmasa da, kiçik qardaşlarının üzgüçülüktəcrübəsi var.
Orta məktəbin 11-ci sinfində oxuyan Vəlizadə, ali təhsilini idmanistiqaməti üzrə alacağını çoxdan qətiləşdirib. Çox güman, növbəti ildən onuDövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi görəcəyik. Portret Yüzlərlə istedadlı yeniyetmə və gənc güləşçinin, cüdoçunun yaşadığıAzərbaycanda, Ramil kimi böyük perspektiv vəd edən üzgüçünün də yetişməsihəmişə arzulanıb. Qısa vaxtda əhəmiyyətli yol qət edərək, ölkənin əsasüzgüçülük simalarından birinə çevrilib, böyük ehtimalla, olimpiadaya lisenziyaməsələsinin də öhdəsindən gələcək. Təbii ki, bütün bu faktlar həm də onunüzərinə yaşına xas olmayan məsuliyyət qoyur, istər-istəməz. Lakin... Təmkinliolmalıyıq. Vəlizadədən tezliklə nəhəng arenaların fəthini gözləməyin, sadəcə,bir adı var: sadəlövhlük. Unutmayaq ki, üzgüçülük olduqca çətin, səbir vəzəhmət tələb edən idman növüdür. Sahib



 

Mənbə: kaspi.az