"WhatsApp"dan QEYRİ-ADİ YENİLİK - Bu dəfə...

"WhatsApp"dan QEYRİ-ADİ YENİLİK - Bu dəfə...

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirir.

Oxu24.com bildirir ki, proqramın tətbiq etdiyi yenilik nəticəsində göndərilən şəkillərin üzərində tənzimləmə prosedurlarını həyata keçirmək mümkün olacaq. Yəni, istədiyimiz şəkli orijinal variantıyla yanaşı, dəyişdirilmiş formada da qarşı tərəfə göndərmək mümkün olacaq.

Yenilik göndərdiyiniz şəkillərin üzərinə toxunduğunuz zaman ortaya çıxır. Belə ki, şəklə toxnan zaman “Tənzimlə” seçimi yaranır. Ona daxil olan zaman şəklin üzərində müəyyən tənzimləmə funksiyalarını həyata keçirmək mümkün olur.

Yenilik ilk olaraq "iOS" sistemli telefon istifadəçilərinin ixtiyarına veriləcək. Bir müddətdən sonra isə “Android” istifadəçiləri də yenilikdən yararlana biləcəklər.

 

Mənbə: oxu24.com