Elmdə SENSASİYA: Həyatın olduğu yeni planet

Elmdə SENSASİYA: Həyatın olduğu yeni planet

Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları İnstitutunun direktoru Anatoli Petrukoviç yaxın gələcəkdə elm adamlarının Yer kürəsinə oxşar bir planet kəşf edəcəklərini açıqlayıb.

Petrukoviç həyatın olduğu bir planet tapmaq üçün həyatın ola biləcəyi ehtimal olunan ulduzların yerləşdiyi sahələrdə araşdırmaların davam etdiyini bildirib:

"Qarşıdakı 10-15 illik dönəmdə planetumizin əkizini tapacağıq. Həmin planetin atmosferini əmələ gətirən şəraitə dair məlumatlar əldə etməyə çalışacağıq".

"Bəs bu planetlə əlaqəni necə təmin edəcəyik?" sualına isə Anatoli Petrukoviçin cavabı belə olub:

"Əlbəttə, bu müzakirə edəcəyimiz tamam başqa bir mövzudur".

Mənbə: www.sonxeber.az