Eynşteynin proqnozlaşdırdığı "dolaşıq" hissəciyin ilk təsviri alınıb

Eynşteynin proqnozlaşdırdığı "dolaşıq" hissəciyin ilk təsviri alınıb

Alimlər kvant fizikasında Albert Eynşteynin "məsafədə baş verən hadisələrin dolaşıqlığı" kimi təsvir olunan fenomenin ilk görüntüsünü əldə edə biliblər.

Sözügedən foto iki hissəciyin qarşılıqlı təsirini və eyni anda eyni fiziki parametrlərə malik olduğunu üzə çıxarıb.

Bu cür halın yaranmasına hissəciklərin bir-birindən nə dərəcədə böyük məsafədə olmasının fərqi yoxdur.

Elementar hissəciklər arasında bu cür bağlılıq kvant mexanikasında həmin fenomeni xırdalıqlarınadək təsvir etmiş John Bell-in adını daşıyır: "Bell dolaşıqlığı".

Glasgow universitetinin fizika və astronomiya şöbəsindən Paul-Antoine Moreau qeyd edib ki, alimlərin əldə etdiyi foto "təbiətin təməl xüsusiyyətinin zərif bir nümayişidir".

Onun təbirincə, əldə olunmuş nəticə "kvant hesablamaları və yeni görüntü növlərinin yaradılması üçün faydalı ola bilər."

"Dolaşıqlıq" fenomeni Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinə, ilk baxışdan, ziddir

Eynsteyn kvant mexanikasında bu fenomenə "kvant dolaşıqlığı" adını, "dolaşıq" hissəciklərin arasında məsafənin böyüklüyündən asılı olmayaraq, eyni anda qarşılıqlı təsirə məruz qaldığına görə verib.

Fizik John Bell bu konsepsiyanı konkretləşdirərək onun nəzəri modelini işləyib hazırlayıb.

"Bell dolaşıqlığı" fenomeni hazırda kvant hesablama proseslərində və kriptoqrafiyada istifadə olunur.

İndiyədək "dolaşıq hissəciklərin" vahid görüntüsünü əldtə etmək mümkün olmamışdı.

Mənbə: www.bbc.com