Bugatti şirkəti iki yüzüncü Chiron təqdim etdi

Bugatti şirkəti iki yüzüncü Chiron təqdim etdi

"Bugatti" avtomobil şirkəti eksklyuziv kuzova malik iki yüzüncü "Bugatti Chiron" hiperkarını istehsal edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər kuzovun üzərinə Fransız bayrağını simvollaşdıran üç rəng vurublar. Həmçinin ilk dəfə olaraq, "Chiron" hiperkarında salonun daha cəlbedici görünüşünü əldə etməyə imkan verən panoramalı dam quraşdırılıb. Kuzov "Steel Blue"in parlaq olmayan rəngində təklif edilib ki, bu da avtomobilə daha aqressiv dizayn verir.

Yeni hiperkarın kapotunun altında 1500 at gücü olan benzin motorundan istifadə olunur. Parametrləri nəzərə alsaq, 2,4 saniyəyə sürəti 100 km. saata çatdırmaq mümkündür. Hiperkarın ümumi dövriyyəsi 500 maşınla məhdudlaşdırılacaq.

 

Milli.Az

Mənbə: news.milli.az