Qızıl asteroid tapıldı – Tapıntı Yerin hər bir sakininin milyarder olması üçün kifayətdir

Qızıl asteroid tapıldı – Tapıntı Yerin hər bir sakininin milyarder olması üçün kifayətdir

Amerikalı ekspertlər platin, dəmir, nikel və qızıldan ibarət asteroid tapdıqlarını açıqlayıblar. Kosmik obyekt "Psixeya 16" adını alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, adi astronomik müşahidələr nəticəsində ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin mütəxəssisləri nadir asteroid aşkar ediblər. Asteroidin əsas xüsusiyyəti onun tərkibidir. Asteroidin tərkibində dəmir, platin, nikel və qızıl var. Göy cisminini təhlil edən ekspertlər onun dəyərinin, təxminən, 10 min kvadrillyon dollar olduğunu söyləyiblər. Bundan əlavə, tədqiqatçılar bu asteroidin bütün Yer iqtisadiyyatını darmadağın edə biləcəyinə inanırlar.

Alimlər nə vaxtsa bu asteroidi planetimizin səthinə "endirmək" mümkün olacağına şübhə edirlər. Lakin, əgər bu baş verərsə, Yer üzünün hər bir sakininin milyarder olması üçün kifayətdir.

Milli.Az

Mənbə: news.milli.az