Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək - MARAQLI

Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək - MARAQLI

Fransada "Zapata" adlı şirkətin icraçı direktorunun "Uçan əsgər" mövzusunda hazırladığı skeytbordinq (diyircəkli taxta) maraqla izlənib. Ölkənin Silahlı Qüvvələr naziri Florensi Parli bu metodun gələcəkdə hücum vasitəsi kimi istifadə edilə biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, şirkət rəhbəri "Bastiliya günü" münasibəti ilə keçirilən hərbi paradda hazırladığı skeytbordinqlə əlindəki boş bir silahla saatda 188 kilometr sürətlə uçub.

40 yaşlı şirkət rəhbərinin göstərdiyi şou Fransanın prezidenti Emmanuel Makron, Almaniyanın baş naziri Angela Merkel və digər Avropalı liderlər tərəfindən maraqla izlənib.

Kamran

Mənbə: moderator.az