Xiaomi “VeriSilicon” çip istehsalçısına yatırım edib

Xiaomi çiplər istehsal edən VeriSilicon Holdings-in səhmlərinin təxminən 6%-ni əldə edib və bununla da öz strategiyasının yenidən təşkil edilməsini dəstəkləmiş olub. Belə ki,bu strategiyanın əsasında yarımkeçiricilərlə bağlı yeniliklər dayanır.

Xiaomi-nin səhmləri barədə məlumat Çinin qiymətli kağızlar bazarına nəzarət Komissiyası (China Securities Regulatory Commission, CSRC) tərəfindən göndərilən sənədlərdən məlum olub. Sənədlərdə deyilir ki, Xiaomi VeriSilicon-un ikinci ən böyük xarici səhmdarıdır. Xiaomi Reuters agentliyinin məlumatını təsdiqləyib, lakin yatırım məbləğini açıqlamayıb.

Xiaomi smartfonlar bazarında öz yerini sürətlə möhkəmlədib və 2019- cu ilin birinci rübündə o, dünyada bu cihazların istehsal həcminə görə dördüncü olub ( IDC məlumatı). Növbəti yeniliklərinə çiplərin istehsalında uğur əldə etmək daxildir. VeriSilicon-a yatırımları bu istiqamətdə atdığı bir addımdır, agentlik qeyd edir.

Xiaomi 2014-cü ildə yarımkeçiricilər istehsalı üzrə öz bölməsini yaradıb. Üç ildən sonra isə o, özünün ilk işini – Surge S1-i təqdim edib və bu da Xiaomi Mi 5-də istifadə edilib. Lakin çip geniş yayılmayıb.

Aprelə qədər bölmə haqqında heç bir yeni xəbər olmayıb, lakin sonra şirkətin daxili sənədlərində onu ayırıb IoT –cihazı üçün çiplərin işlənməsinə yönləndirmək planları barədə xatırlatma qeydə alınıb. Bu da Big Fish “törəməsi”nin bir hissəsi hesab olunacaqdı.

 

 

Bizplus.az

ƏVVƏLKİ XƏBƏR

Pakistan Hindistanla hava sahəsini açdı

SONRAKI XƏBƏR

Avropanın ən böyük almazı tapıldı