BKS-də mineral hasilatı üzrə sınaq aparılır

BKS-də mineral hasilatı üzrə sınaq aparılır

Avropa Kosmik Agentliyi bildirib ki, Beynəlxalq Kosmik Stansiyada bakteriyalarla mineralların hasilatı üzrə eksperiment keçirilir. Uğurlu nəticə astronavtların daha uzun müddət ərzində kosmosda qalmasına imkan verəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, qeyri-adi, lakin çox vacib eksperimentin başlanğıcı artıq baş tutub. Avropa Kosmik Agentliyinin tədqiqatçıları eksperimentin təfərrüatlarını bölüşüblər. Onların sözlərinə görə, Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar Britaniya alimləri tərəfindən yaradılan avadanlıqdan istifadə edirlər. Onun istifadəsi bakteriyaların Ay, Mars və asteroidləri təşkil edən süxurlardan lazımi elementləri çıxarmasına imkan verəcəkdir. Təcrübənin uğurla başa çatması astronavtların kosmosda daha uzun müddət qalmasına imkan verəcək.

Minerallar sayəsində astronavtlar oksigen, su, yanacaq və hətta metallarla təmin ediləcəklər.

 

Milli.Az

Mənbə: news.milli.az