FCA Jeep Wrangler modelini pulsuz təmir edəcək

FCA Jeep Wrangler modelini pulsuz təmir edəcək

Bir müddət bundan öncə, Jeep Wrangler sahiblərinin Fiat Chrysler Automobiles (FCA) alyansına qarşı kollektiv iddia qaldırdığı barədə xəbər vermişdik. Bu günlərdə Detroit KİV-lərinin bildirdiyinə görə, istehsalçı "Death Wobble" ("Ölümcül vobbliq") problemin olduğunu etiraf edərək, pulsuz təmir işlərinə başlayıb. FCA "Renqler" modellərindəki sükan dempfer-stabilizotrlarını yenisi ilə əvəz edəcəkdir. Yeni element ön asqıdakı istənilən vibrasiyaların təsirinin azaldılması üçün işlənib-hazırlanmışdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, "Death Wobble" effektinin yaranmasına Jeep Wrangler modelinin ön oxunun konstruksiyası səbəb olub. Bu, təkcə amerikan ofrouderinin deyil, bütöv ön körpüyə malik olan bir sıra ofrouderlərin ümumi xəstəliyidir. Xatırladaq ki, avtomobil sahiblərini narahat edən problem yüksək sürətlərdə avtomobilin idarəetmə sistemində yaranan və səthlə təmasın itirilməsinə və yaxud konstruksiyanın dağılmasına səbəb olan titrəyişlərdir.

Jeep şirkəti tərəfidnən təklif edilən dəyişikliyin problemi aradan qaldırıb-qaldırmadığı barədə yaxın zamanlarda məlum olacaqdır. Qeyd etmək lazımdır ki, Jeep ona qarşı qaldırılmış məhkəmə iddiasınadan iki ay sonra problemin olduğu ilə razılaşıb.

Milli.Az

Mənbə: news.milli.az