Rusiyanın göndərdiyi gəmi kosmosa enə bilməyib

Rusiyanın göndərdiyi gəmi kosmosa enə bilməyib

Göyərtəsində "FEDOR" robotu olan Rusiyanın "Soyuz MS-14" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya ilə planlaşdırılmış vaxtda kosmosa eniş edə bilməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gəmi stansiyaya 99 metr yaxınlaşdıqdan sonra 279 metr geri məsafəyə çəkilib.

Mənbənin sözlərinə görə, uğursuz enişə kosmik gəminin yerləşmə sistemindəki nasazlıq səbəb ola bilər. Bildirilir ki, "Soyuz MS-14" növbəti cəhdini avqustun 26-ı edəcək.

Xatırladaq ki, göyərtəsində "FEDOR" robotu olan kosmik gəmi avqustun 22-i Türkmənistanın Baykonur kosmodromundan havaya qaldırılıb. Uçuşa start verilən zaman əlində Rusiya bayrağı tutan robot kosmonavt Yuri Qaqarinin məşhur "Getdik!" sözünü deyib.

Milli.Az

Mənbə: news.milli.az