Berlində başlayan IFA 2019 sərgisində HMD Global şirkəti yalnız Nokia 7.2 və Nokia 6.2 orta səviyyəli bir neçə smartfon təqdim etməyib. Növbəti yenilik Nokia-nın ilk zərbəyə davamlı düyməli telefonu olub.
Milli.Az ted.az-a istinadən bildirir ki, model Nokia 800 Tough adını alıb. İstehsalçının sözlərinə görə, telefon ekstremal şəraitdə işləmək və istirahət etmək üçün yaradılıb - su və tozdan, həmçinin yerə düşmələrdən qorunur. Burada, həmçinin Google-ın səs köməkçisi, WhatsApp və Feysbuk kimi müasir funksiyalar, 4G şəbəkələrinə qoşulma nəzərdə tutulur.
Telefon 2,4 düym və 240x320 qeyri-sensor ekran həlli, 2 Mp kamera alıb. FM-Radio, 198 lümen gücündə fənər, SoC Qualcomm 205, 512 MB RAM və 4 GB fləş yaddaş və 2100 ma·s. tutumlu batareyaya malikdir. 32 GB-ta qədər və iki SİM kart həcmində microSD kartlardan istifadə etmək imkanı var. 4G VoLTE, Wi-Fi (802.11 b/g/n), Bluetooth 4.1 LE, GPS/AGPS və GLONASS dəstəklənir. Sudan qorunması IP68 səviyyəsində həyata keçirilir. Möhkəmliyə görə isə telefon MIL-STD-810G hərbi standartına uyğun gəlir.
Telefon 145,4x62,1x16,11 mm ölçülərinə malikdir və 161 qram çəkisi var.
Nokia 800 Tough oktyabr ayında, pərakəndə qiyməti təxminən 109 avro olmaqla qara rəngdə satışa təqdim olunacaq.
Milli.Az
Mənbə: news.milli.az