Yeni iPhone istehsal rekordunu açıqladı

Məşhur Geekbench bençmarkının bazasında iOS 13,1 əməliyyat sistemi ilə işləyən iPhone 12,1 kod adı altında cihaz nəzərə çarpıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, söhbət ötən ilki iPhone XR smartfonunun varisindən gedir. Məsələ burasındadır ki, Geekbench-də iPhone XR-in sistem platası N104 model nömrəsi altında, yeni smartfonun sistem platasının model nömrəsi isə N104AP nömrəsi altında keçir.

Operativ yaddaşın həcminin 4 GB-ə qədər artması dərhal gözə çarpır, halbuki iPhone XR-də 3 GB operativ yaddaş quraşdırılıb. Ötən il iPhone XS və iPhone XS Max-in yaddaşının 4 GB RAM olduğunu nəzərə alsaq, yeni modellərin 6 GB RAM alacağını təxmin edə bilərik.

Bir nöqtəli rejimdə yeni smartfon 5415 bal toplayıb ki, bu da müasir flaqman smartfonları arasında rekord göstəricidir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda işlənmiş pamperslərin alınma MÜƏMMASI: valideynlər TƏŞVİŞDƏ

SONRAKI XƏBƏR

Tağıyev qəsəbəsində 48 qatar təkəri oğurlanıb