Xiaomi simsiz enerji toplama texnologiyası hazırladı

Xiaomi simsiz enerji toplama texnologiyası hazırladı

Xiaomi bu günlərdə sürətli və simsiz enerji toplama texnologiyasını təqdim edəcək. Şirkət Weibo sosial şəbəkəsində təqdimata həsr olunmuş afişa nəşr edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, onların texnologiyası smartfonların simsiz şəkildə doldurulması üçün ən sürətli yol olacaq. Digər detallar hələ açıqlanmır.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl insayderlər Mi Mix 4 smartfonunun 30 Vatt-lıq simsiz şarj dəstəyi alacağını bildiriblər.

Mix 4-ə gəldikdə isə, onun təqdimatı sentyabrın 24-nə planlaşdırılır. Şayiələrə görə, bu smartfonda Snapdragon 855 plus prosessoru və Samsung bright HMX-in 108 Mp-də əsas kamera modulunu quraşdıracaqlar.

Milli.Az

Mənbə: news.milli.az