Kaspersky Security artıq OneDrive buludunu da qoruyacaq

Kaspersky Lab Microsoft Office 365-in korporativ bulud poçtunu qorumaq üçün tətbiq olunan həllin yeni versiyasını təqdim edib.

Milli.Az Ted.az-a istinadən bildirir ki, yeni versiya təkcə Exchange Online xidmətində yox, həm də OneDrive yaddaşında kiber təhdidləri tanıyır və məhdudlaşdırır.

Yenilənmiş həll elektron poçtu zərərli əlavələr, spam, fişinq, həmçinin əvvəllər məlum olmayan təhdidlərdən qorumaq üçün evristik metodlardan, maşın biliklərindən və digər yeni nəsil texnologiyalardan istifadə edir.

Bulud qoruması təşkilatlara rahatlıq, operativlik, eləcə də istənilən vaxtda və yerdə işləmək imkanı verir. Korporativ məlumatların hazırkı vəziyyətdə saxlanılması potensial risklər daşıyır. Çünki çoxsaylı faylların arasında şübhəlisini görmək həmişə mümkün olmur.

Microsoft Office 365 üçün Kaspersky Security korporativ poçt və bulud yaddaşına təhdidlərin daxil olması və yayılmasının qarşısını alacaq. Yeni həll variant gələn və gedən məktubları filtrləyir, onları müxtəlif meyarlara görə yoxlayır. Məsələn, Microsoft Office 365 üçün yenilənmiş Kaspersky Security orijinal fayl formatlarını və atributlarını gizlətməyə çalışan zərərli proqramları tanıya bilir.

Fişinq ilə mübarizədə isə həll bir çox yeni texnologiyalardan, o cümlədən neyron şəbəkələrdən istifadə edir. Bu yanaşma sayəsində, hətta "sıfır saat" adı verilən fişinq aşkarlanır və bununla qiymətli korporativ məlumatların sızmasının qarşısı alınır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Volkswagen yenilənmiş Teramont krossoveri təqdim etdi

SONRAKI XƏBƏR

Bakıda kişini döyərək pullarını və mobil telefonunu əlindən alıblar