Acer ən yüngül noutbukunu təqdim etdi – 990 qram çəkisi var

Acer ən yüngül noutbukunu təqdim etdi – 990 qram çəkisi var

Berlində keçirilən qlobal mətbuat konfransında Acer-in ən son yenilikləri təqdim olundu

Acer ən son Intel Core prosessorları ilə təchiz olunmuş Swift noutbuklarının və Aspire stolüstü kompüterlərinin yenilənmiş modellərini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sürətli iş üçün nəzərdə tutulmuş Acer Swift 5 və Swift 3 noutbukları incə korpusları, zövqlü dizaynları, üstün performansları və daha uzunömürlü batareyaları ilə öncəki modellərdən bir pillə irəlidədir.

Sonuncu nəsil 14 düymlük Acer Swift 5 öz sinfində ən az çəkiyə malik noutbukdur. Yenilənmiş modelin çəkisi cəmi 990 qramdır.

Zövqlü Acer Swift 3 modeli uzunmüddətli enerji saxlama funksiyası ilə diqqət mərkəzindədir. Yenilənmiş model 12,5 saat avtonom rejimdə çalışmaqla yanaşı, həm də qısa müddət ərzində yenidən enerji yığmaq kimi xüsusiyyətə malikdir. 30 dəqiqə ərzində toplanmış enerji sayəsində noutbuk avtonom rejimdə əlavə olaraq 4 saat da çalışa bilir.

Ən son Intel Core prosessoru ilə təmin olunmuş Acer Aspire C kompüter modelində korpusun ekrana nisbəti 92%-ə qədərdir. Bundan başqa, bu model təhlükəsizlik və sağlamlıq baxımından öncəki modellərdən fərqlənir. İstifadə olunmadığı halda kompüter kameralarının bağlamasına, HDMİ porta isə ikinci ekranı seçmək imkanı verir. Bundan başqa, Acer Vision Care vasitəsilə istənilən yaş kateqoriyasına məxsus istifadəçilərin gözləri qorunur - Acer Bluelight Shield mavi rəngin təsirini azaldır, Flickerless texnologiyası isə ekran əsməsini azaldır.

 

Acer, həmçinin NVIDIA Quadro qrafik prosessorlu ConceptD Pro noutbuk xəttini təqdim edib. Xəttin aparıcı modeli ConceptD 9 Pro yalnız peşəkar yaradıcılar üçün yox, həm də süni intellekt və proqram təminatçıları da nəzərə alınaraq hazırlanıb. Bu noutbuklar daha az vaxt itirməyə və daha çox iş görməyə imkan verən güclü 9-cu Gen Intel Core prosessorları ilə təmin olunub. Xəttə, həmçinin ConceptD 7 Pro, ConceptD 5 və ConceptD 3 Pro modelləri daxildir.

Acer oyunçuları da unutmayıb. Şirkətin təqdim etdiyi yeniliklər arasında kiber-idman platforması Planet9 da yer alıb. Planet9 oyunçulara öz komandalarını yaratmaq, məşq etmək və mübarizə aparmaq imkanı yaradır. Platforma həvəskar və professional oyunçuları bir araya gətirərək onlara öz zəif və güclü tərəflərini aşkarlamağa, həmfikirləri ilə ünsiyyət qurmağa və onlayn turnirlərdə iştirak etməyə şərait yaradır. Hazırda bu platforma bağlıdır. Platformanın 2020-ci il yanvarın 30-da aktivləşdirilməsi planlaşdırılıb.

Milli.Az

Mənbə: news.milli.az