Müsəlman ölkəsinin ilk kosmonavtları Aşura günü Baykonura gəldi - FOTO

Müsəlman ölkəsinin ilk kosmonavtları Aşura günü Baykonura gəldi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtları: Həzza əl-Mənsuri və onun dublyoru Sultan əl-Neyadi dünən- 10 sentyabr 2019-cu ildə, müsəlmanların Aşura gününü yaşadığı bir tarixdə Qazaxıstanın Baykonur şəhərinə gəliblər.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Məhəmməd bin Rəşidin Kosmik Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada(BKS) sentyabrın 25-də kosmosa uçmazdan öncə iki həftə müddətində karantində qalacaqlar.

Karantin mərhələsi kosmik uçuşların və BKS-dəki elmi təcrübələrin uğuru üçün çox vacibdir. Bu, yoluxucu xəstəlik törədicilərindən uzaq, təmiz bir mühitdə kosmonavtların təhlükəsizliyinə və sağlamlığına zəmanət verir. Rusiya Federal Tibbi-Bioloji Agentliyi kosmodromdakı bütün əşya və binaların, o cümlədən yaşayış otaqları və nəqliyyat vasitələrinin sterilliyi üçün məsuliyyət daşıyır və uçuş gününədək bütün lazımi tədbirləri görür.

Xatırladaq ki, ərəb kosmonavtların uçuşa buraxılışı üçün hazırlıq 3 sentyabr 2018-ci ildə başlanıb. Müsəlmanlar bir il ərzində rus dilini öyrənmək də daxil olmaqla bir çox sınaq və testlərdən keçməli olublar. Ümumi təlim saatlarının sayı 1400-ü ötüb.

Sultan Laçın

Mənbə: moderator.az