“Polaroid”-dən YENİLİK

“Polaroid”-dən YENİLİK

“Polaroid Originals” smartfondan çəkilmiş fotoların çapı üçün öz ilk poratativ “Polaroid Lab” printerini təqdim edib.

İnsider.az bu barədə “The Verge”-ə istinadla xəbər verir.

“Polaroid Lab” 2012-ci ildə təqdim edilmiş “Impossible Project” şirkətinin “Instant Lab” printerinin yenilənmiş versiyasıdır. Çap üçün printer görüntünü smartfonun displeyindən ekspozisisya edir və onu fotokağız üçün optimallaşdırır.

Printer “iPhone 6” və ondan yuxarı nəsil və “Android-cihazlarının əksəriyyəti ilə çalışmalıdır. Cihaz “micro USB” kabeli vasitəsilə şarj olunur.

“The Verge”-ün yazdığına görə, “Polaroid Lab” satışa 100 dollar qiymətinə çıxacaq. “Engadget” və “TechCrunch”-ın məlumatına görə isə, cihazın qiyməti təxminən 130 dollar olacaq. Şirkətin saytında satış startının cari ilin oktyabrına planlaşdırıldığı deyilir.

Samirə Məmmədova

Mənbə: insider.az