“McDonald's” yeni avtomatlaşdırma texnologiyasını alıb

“McDonald's” yeni avtomatlaşdırma texnologiyasını alıb

“McDonald's” işçi ştatının 20-də də az olduğu “Apprente” startapının alışı barədə elan edib – startap müəssisələr üçün süni intellekt əsasında səsli texnologiyaların tərtibatı üzərində ixtisaslaşır.

İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Sövdələşmə məbləği açıqlanmır. “Apprente” komandası “McD Tech Labs”-ın yeni altşöbəsinin bir hissəsi olacaq.

İlkin mərhələdə “McDonald's” “Apprente” texnologiyalarını “MakAvto”-da istifadə edəcək – robot sifarişləri qəbul edib onları mətbəxə ötürəcək. Sistem artıq şəbəkənin Çikaqodakı bir neçə restoranlarında test olunur. Agentlik qeyd edir ki, sistemin tətbiqi sifarişlərin emalını sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, bu, “McDonald's”-ın yarım il ərzində etdiyi üçüncü texnoloji sövdələşməsidir. Bu ilin martında şəbəkə dinamik menyunun yaradılması üçün “Dynamic Yield”-i aldı, apreldə isə “Plexure” marketinq platformasına sərmayə qoydu.

Samirə Məmmədova

Mənbə: insider.az