Şimali Koreya "super böyük" çoxlu raketin sınaq atışını keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Şimali Koreya dünən ölkə lideri Kim Jongun nəzarətində "super böyük" çoxlu raket atma sistemiylə sınaq atışı edib.

Bu barədə Şimali Koreyanın rəsmi agentliyi KCNA xəbər verib.

Kim son sınağın "marşrut xüsusiyyətləriylə yanaşı, silahın səhvsiz və həssas hədəf tapma funksiyalarıyla bağlı cəhətlərini nəhayət isbat etdiyini" bildirərək, geriyə qalan addımın "çoxlu raket atıcısının gücünü ən canlı şəkildə ortaya qoyacaq" bir sınaq həyata keçirmək olduğunu dilə gətirib.

Xatırladaq ki, Şimali Koreya yeni çoxlu raket atma sisteminin ilk sınağını 1 avqustda reallaşdırmışdı.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

“Ehtiyatda oturaraq pul qazanmaq mənlik deyil” – Beqoviç iddialı danışdı

SONRAKI XƏBƏR

"Ənsarullah" lideri Yəməni dövrün Kərbəlası olaraq xarakterizə etdi