Səbəbi elektron siqaret olduğu düşünülən xəstəlik 5 can aldı

Səbəbi elektron siqaret olduğu düşünülən xəstəlik 5 can aldı

Dəqiq səbəbi bilinməsə də ABŞ səhiyyə rəsmiləri tərəfindən böyük miqdarda elektron siqaretə bağlanan "sirli xəstəlik", ölkə daxilində yayılmağa davam edir. Aprel ayından etibarən 400den çox oxşar halla üzləşməsi, səlahiyyətliləri hərəkətə keçirmiş vəziyyətdə.

Milli.Az chip.az-a istinadən bildirir ki, siqaretdən uzaqlaşmaq və verdiyi ziyanlardan xilas olmaq istəyənlər üçün son vaxtlar populyar bir alternativ halına gələn elektron siqaretinin, əslində çox da məsum olmadığı ortaya çıxdı. ABŞ səhiyyə rəsmilərinin verdiyi açıqlamaya görə, "sirli bir ağciyər xəstəliyindən" dolayı itirilən həyat sayının 5-ə yüksəldiyi bildirilir.

ABŞ daxilində aprel ayından bu yana bənzər hallarla rastlaşılır. Buna baxmayaraq xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməmiş olsa da xəstəliyə böyük miqdarda elektron siqaretinin səbəb olduğu ehtimal edilir. 5 fərqli əyalətdə 400-dən çox oxşar hal üzrə istintaq açılması da verilən bəyanatlar arasında yer alır.

New England Journal of Medicine adlı elmi jurnalda, xəstəliyin səbəbinin hələ dəqiqləşmədiyi deyilsə də tənəffüs yolundan qaynaqlanma səbəbi olan yandırıcı maddə istifadə edilməsi nəticəsində əmələ gəldiyi açıqlanıb.

Amerika Qida və Dərman Administrasiyası (FDA), xəstələrdən nümunə toplayaraq, müxtəlif kimyəvi maddələr üzərində apardığı testlərin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, xəstəliyi böyük miqdarda elektron siqaret içindəki bəzi amil maddələrə bağlayan FDA, məlum olmayan məqamların yavaş-yavaş açığa qaldırıldığını da bildirib. Xəstəliyin epidemiya xarakteri daşımadığını deyən mütəxəssislər, qəti nəticələr açıqlanana qədər elektron siqaret istifadə edilməməsi lazım olduğunu əhəmiyyətlə vurğuladı.

Nəfəs almada çətinlik, sinə ağrıları, qusma, ishal və taqətsizlik, xəstəliyin simptomları arasında yer alarkən xəstələrin böyük hissəsinin isə şagirdlər olduğu bildirilib.

 

Milli.Az

Mənbə: news.milli.az