Google Fransada vergidən yayındığına görə 965 milyon avro ödəyəcək

Google Fransada vergidən yayındığına görə 965 milyon avro ödəyəcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Amerikanın Google kompaniyası Fransada vergiləri ödəməmək işi üzrə məhkəməyəqədər nizamlama çərçivəsində ümumilikdə 965 milyon avro ödəyəcək.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə şirkətin bəyanatına istinadla məlumat yayıb. Bu məbləğə 500 milyon avro cərimə ilə yanaşı, əvvəllər ödənilməmiş 465 milyon avro vergi də daxildir.

“Bu razılaşmalar özündə bu gün Fransa məhkəməsində səslənmiş 500 milyon avronun ödənilməsini, həmçinin bizim ödəməyə razı olduğumuz 465 milyon avro əlavə vergini ehtiva edir”, - kompaniyanın bəyanatında belə deyilir.

Mənbə: azertag.az