“Microsoft” korporasiyası oktyabrın 2-də böyük tədbir keçirəcək

“Microsoft” korporasiyası oktyabrın 2-də böyük tədbir keçirəcək

"Microsoft" korporasiyası jurnalistlərə oktyabrın 2-də Nyu-Yorkda keçiriləcək tədbirinə dəvət məktubu göndərməyə başlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, ABŞ korporasiyası böyük ehtimalla "AMD" prosessoru ilə təchiz edilmiş "Surface Book" və "Surface Laptop" planşetlərinin yenilənmiş versiyasını təqdim edəcək. Həmçinin təxmin edilir ki, istehsalçı "Microsoft Centaurus" kod adına malik iki displeyli qeyri-adi qurğu və "Cortana" səs assistentinə malik "ağıllı" kolonka nümayiş etdirəcək.

Bundan başqa, "Windows Lite" əməliyyat sisteminin təqdimatı da gözlənilir. Bu sistemin yığcam qurğular üçün hazırlanacağı və sensor ekranlı qurğularla işləmək üçün optimallaşdırılacağı gözlənilir.

Emil Hüseynov

Mənbə: metbuat.az