Cənubi Koreyada təcili tibbi yardım dronlarından istifadə etmək istəyirlər

Cənubi Koreyada təcili tibbi yardım dronlarından istifadə etmək istəyirlər

Bakı, 14 sentyabr, AZƏRTAC

Cənubi Koreyanın Milli Parklar Xidməti gələn ildən təcili tibbi yardım vasitələrini çatdırmaq üçün pilotsuz uçan aparatlardan istifadə edə bilər.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya bu məqsədlə ümumilikdə 32 kvadrokopter almaq niyyətindədir.

Pilotsuz uçan aparatlar böyük manevr imkanlarına malikdir və çətin dağ relyefində hadisə yerinə tibb əməkdaşlarından daha tez çata, həmçinin tibbi helikopterin enə bilmədiyi yerlərə dərman çatdıra bilər. Uçan aparatlar dağlarda köməyə ehtiyacı olan turistləri GPS texnologiyası vasitəsi ilə tapmağa, infraqırmızı və istilik kameraları vasitəsi ilə onların dəqiq yerini müəyyən etməyə qadirdir.

Dronların ilkin tibbi yardım vasitələrinin çatdırılması effektivliyi Seul ətrafında yerləşən Pukhansan parkında sınaqdan keçirilib.

Mənbə: azertag.az